• $
  • €
  • ₽
  • ₺
  • £

Banklarla bağlı yeni qərar

Banklarla bağlı yeni qərar
24.11.2017 11:19
Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində növbəti tədbir həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) Avropa.info-ya verilən məlumata görə, ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Bununla bağlı həyata keçirilən sistemli islahatların nəticəsi kimi Azərbaycanda emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi, ölkədaxili kart əməliyyatları üzrə banklararası xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsi, kart infrastrukturu istifadəçilərinin xərclərinin aşağı salınması imkanının yaradılması məqsədilə AMB tərəfindən "Banklararası Kart Mərkəzi” (BKM) yaradılaraq 1 aprel 2016-cı il tarixindən istismara verilib.

Növbəti addım kimi, AMB tərəfindən BKM üzərindən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə "interçeync”in (banklararası qarşılıqlı xidmət haqlarının) aşağı salınması üçün Azərbaycan Banklar Assosiasiyasının, kart prosessinq mərkəzlərinin və bankların nümayəndələri ilə qarşılıqlı müzakirələr aparılıb və ümumi razılığa gəlinib.

İnterçeync – banklararası ödəniş kartları ilə əməliyyatların qəbulu üzrə ödənilən qarşılıqlı xidmət haqqıdır. Satış əməliyyatları üzrə təsərrüfat subyektinə xidmət göstərən bankı tərəfindən ödəniş kartı sahibinin bankına ödənilən xidmət haqqının əsas komponentini təşkil edir.

Ödəniş kartları vasitəsilə nağdsız qaydada aparılan kart əməliyyatları üzrə tətbiq edilən interçeyncin aşağı salınması nağdsız ödənişlərdə təsərrüfat subyektlərinin xərclərinin azalmasına, bununla da nağdsız ödənişlərə maraqlarının artmasına və nağdsız dövriyyənin genişləndirilməsinə təkan verir.

Qarşılıqlı razılığa əsasən, interçeync premial olmayan (Visa Electron, Visa Classic və Maestro, Debit MasterCard Standard və MasterCard Standard) ödəniş kartı məhsulları üzrə bazarın tələbinə uyğun olaraq dəyişdirilib. Mobil telefon haqları üzrə interçeync 26% azaldılaraq 1%, ərzaq mağaza və supermarketlər üzrə 61% azaldılaraq 0.5%, aptek və dərman məhsulları üzrə 78% azaldılaraq 0.3%, avtomatlaşdırılmış yanacaq doldurma məntəqələri üzrə 78.5% azaldılaraq 0.3%, e-ticarət əməliyyatları üzrə 16% azaldılaraq 1.3% həcmində müəyyən edilib. Nəqliyyat və dövlət ödənişləri üzrə interçeync əsasən azaldılaraq 0.1% səviyyəsində müəyyənləşdirilib.

Yeni interçeync tarifləri 20 noyabr 2017-ci il tarixindən qüvvədədir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol