• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yaradılan ilk aptek – VİDEO

Azərbaycanda yaradılan ilk aptek – VİDEO
14.12.2017 10:27
XIX əsrdə yaradılmış ilk aptek indi də öz təyinatı üzrə fəaliyyət göstərir.

Anews.az "Xəzər TV"-yə istinadən xəbər verir ki, sözügedən aptek Neftçalanın Bankə qəsəbəsində yerləşir.

Hələ XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. Yerli əhali ilə yanaşı, balıq vətəgələrində yüzlərlə İrandan gələn həmşəri, rus, tatar, gürcü muzdlular çalışır. O vaxtlar vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər də görülür. Məhz həmin dövrdə -1850-ci ildə Bankədə, balıqçı gəmisində ilk aptek yaradılır.

O dövrdə qəsəbədə fəhlələr üçün daşdan hörülmüş, taxtadan düzəldilmiş 1-2 mərtəbəli binalar inşa edilib. Artıq kombinatda sıxlıq olduğundan Bankə balıq vətəgəsi xəstəxanası və aptek həmin binaların birində yerləşdirilib.

Azərbaycanda yaradılan ilk aptek, əvvəllər olduğu kimi, bu gün təkcə qəsəbənin deyil, hətta qonşu kəndlərin də əhalisinə xidmət göstərir. Lakin 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol