• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda "Instagram" dələduzluğu

Azərbaycanda "Instagram" dələduzluğu
15.12.2017 09:57
"Bu adam onlarla desəm, az olar, bəlkə də, yüzlərlə insana qarşı dələduzluq edib”.

Anews.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Emil Əmiraslanov sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb. O, qardaşının başına gələnləri başqalarının yaşamasını istəmir. Belə ki, Emil Əmiraslanovun ailə üzvü dələduzluğun qurbanı olub. Onun qardaşı Əli Əmiraslanov "Instagram" səhifəsini satın almaq üçün özünü Ramin İsmayılov kimi təqdim edən şəxslə elektron poçt vasitəsilə əlaqə saxlayıb.

"Qardaşıma deyib ki, pulu İsmayılov Ramin Musa oğlunun adına göndər, mən Bərdədə götürəcəyəm. Bundan sonra Əliyə e-mail ünvanını və şifrəni verəcəyini bildirib”, – Emil deyir.

Ə.Əmiraslanov Ramin adlı şəxsin dediyi kimi edib. Lakin həmin şəxs vədinə əməl etməyib. Pul göndərildikdən sonra o, Əli Əmiraslanovun mobil nömrəsini bloklayıb. Başqa bir nömrə ilə əlaqə saxlanılsa da, Əmiraslanov R.İsmayılov tərəfindən təhqir edilib.

Bərdədə yaşadığını dediyi üçün zərərçəkmiş rayonun Baş Polis İdarəsinə zəng vurub və şikayətini bildirib. İdarədən məsələdən xəbərdar olduqlarını bildiriblər. Həmin şəxs barədə dəfələrlə idarəyə müraciət edildiyi söylənilib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol