• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir bank çökdü - Əməliyyatlar dayandırılıb

Daha bir bank çökdü - Əməliyyatlar dayandırılıb
15.12.2017 10:07
Azərbaycanda daha bir bank əmanət qəbulunu və kredit verilməsini dayandırıb. 

Anews.az FED.az-a istinadən xəbər verir ki, bu hazırda Azərbaycanda ən pis kapital göstəricisinə sahib olan "Dəmirbank"dır. Xəbərə görə, bank artıq 5 aydır ki, əmanət qəbul etmir. Bir ay əvvəl isə kredit verməyi də dayandırıb. Başqa sözlə, artıq bir aydır ki, bank öz fəaliyyəti ilə bağlı əsas əməliyyatları dayandırsa da, indiyədək bu vəziyyəti ictimaiyyətdən gizli saxlaya bilib.

"Dəmirbank"ın özündən bankın "oflayn" rejimə keçməsini təsdiqləsələr də, səbəblərini izah etməkdə çətinlik çəkiblər. Bankın nümaynədəsi Tofiq Ağayev sayta əmanət qəbulunun və kreditlərin hansı səbəbən dayanmasını izah etməyib. Bunun bank rəhbərinin göstərişi ilə edildiyini qeyd edib. 

Bununla yanaşı, qeyd edək ki, vaxtilə bank sisteminin aktiv iştirakçılarından olan "Dəmirbank" hazırda çox çətin durumdadır. Bankın maliyyə göstəriciləri ürəkaçan deyil.

Bank, 2017-ci ilin üçüncü rübünü 20,4 milyon manat zərərlə başa vurub. Bu göstərici ilə ən böyük zərər edən 3 bankın sırasındadır.

Kapitalın həcminə gəlincə, "Dəmirbank" ölkə üzrə ən pis göstəriciyə malikdir. Hazırda bankın nizamnamə kapitalı nəzərdə tutulan tələbdən 2 qat azdır -50 milyon manat əvəzinə, cəmi 25,57 milyon manat.

Bankda əmanətlərin qəbulu və kreditlərin dayandırılmasının səbəblərini açıqlamasalar da, adətən belə hallarda banklara nəzarətedici qurum mümkün riskləri azaltmaq üçün belə göstərəcilərə malik olan banklara əmanət qəbulunu qadağan edir.

Şübhə doğurmur ki, bank tezliklə kapital çatışmazlığı problemini həll etməlidir. Əks halda ya fəaliyyətini dayandırmalı, ya da başqa bank tərəfindən "udulmalıdır".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol