• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvarda maaş və pensiyalar artacaq — RƏSMİ

Yanvarda maaş və pensiyalar artacaq — RƏSMİ
15.12.2017 13:57
"2018-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacaq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq".

"Anews.az"ın "APA-Economics"ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

"Artıq əmək pensiyalarının artırılmasının yeni mexanizmi ortaya qoyulub. Bildiyiniz kimi, edilmiş dəyişikliklərə görə, əmək pensiyalarının "baza hissəsi" və "sığorta hissəsi" anlayışları yoxdur. Bu anlayışlar birləşdirilib. Əmək pensiyasının artıq bütöv məbləği var və artırılma da bütöv məbləğə tətbiq olunacaq. 

2018-ci ilin yanvar ayında biz Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat 
alacağıq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq. Əgər ölkə üzrə 2017-ci il ərzində orta aylıq nominal əməkhaqqının artım sürəti 7% olarsa, məsələn, 250 manat məbləğində pensiya alan adamın pensiyası 250 manatın 7%-i qədər artacaq ki, bu da 17,5 manat edir. Bu misalı aydınlaşdırmaq üçün çəkdim. Bu, kimlərə tətbiq olunmayacaq? Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və sair bu kimi kateqoriyadan olan şəxslərə bu artım şamil olunmayacaq", - deyə nazir bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol