• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramqabağı ölkəni manat sürprizi gözləyir

Bayramqabağı ölkəni manat sürprizi gözləyir
17.12.2017 00:30
"FED-in uçot dərəcəsini artırması qərarı gözlənilməz olmadı və buna görə də bazar bu qərara sakit reaksiya verdi. Hətta FED-in qərarı açıqlanandan sonra avro dollara münasibətdə bahalaşmağa davam etdi”. 


Bu sözləri BakuPost.az-a açıqlamasında iqtisadçı Samir Əliyev Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini 0,25% - 1,25% səviyyəsindən 1,50%-dək artırmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bütün proqnozlar artımı qeyd edirdi və əsas artım proqnozu 0,25 faiz bəndi üzərində idi: "Az qisim 0,50 faiz bəndi artım gözləyirdi. Əgər artım az proqnoz edilən 0,50 faiz bəndi həddində olsaydı, bazara təsir daha çox olardı. Hazırda dollar indeksi bahalaşmasına rəğmən ABŞ valyutası avro, funt sterlinq və Koreya vonuna nisbətən ucuzlaşmaqda davam edir. Xammal bazarlarında neft və qızıl bahalaşmaqda davam edir. Bir sözlə, bazar bu artıma qabaqcadan hazır idi və ona artıq adaptasiya olunmuşdu”.


İqtisadçı sözügedən qərarın manata təsirlərindən da danışıb. Qeyd edib ki, 2015-ci ilin dekabr artımından fərqli olaraq bu artım manata ciddi təsir etməyəcək: "Hətta deyərdim ki, heç bir təsiri olmayacaq. Çünki manatın məzənnəsi bazarda tənzimlənmir. Mərkəzi Bank manatın üzməsi üçün dərin olmayan hovuz düzəldib və Neft Fondu, son vaxtlar bahalaşan neft imkan verir ki, kənar dənizlərdə, okeanlarda baş verən fırtınalar bu hovuza daxil ola bilməsin. İlin sonuna büdcə xərcləmələri artdığından manata təzyiq bir qədər artıb. Amma manat ili indiki məzənnə ilə başa vuracaq. Gələn il ilə bağlı isə indidən fikir demək çətindir. Bu gündən baxanda manatın gələn il də bu templə davam edəcəyini güman etmək olar. Xüsusilə də seçki ili manata əlavə dəstək verəcək. Ancaq nəticə çıxartmaq da tezdir. Ən azı ABŞ-da baş verənlər (vergi islahatı və uçot dərəcələrinin artmaqda davam etməsi) və neft hasilatının artması ehtimalı neftin qiymətində korreksiya edə bilər. Qısaca desək, neftin qiyməti nə qədər ki 60 dollardan yuxarıdır, manatın taleyini birjalar yox, hökumət müəyyənləşdirəcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol