“Azəriqaz”dan qaz limiti ilə bağlı – AÇIQLAMA

Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına uyğun olaraq 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.
Bu il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq, 2017-ci ildə olduğu kimi, 2018-ci il yanvarın 1-dən etibarən əhali istehlakçılarının illik istehlak həcmi 1 700 kubmetr (170 AZN) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1 700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanacaq.
Metbuat.az xəbər verir ki, bu, "Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda qeyd olunub.
www.anews.az
























