• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti il maaş artımı gözlənilir

Növbəti il maaş artımı gözlənilir
26.12.2017 12:06
"Minimum əməkhaqqının 116 manatdan 130 manata qədər artırılmasının istehsal bazarına təsir etməsi gözlənilmir”.

Bunu anews.az-a iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

V. Bayramovun sözlərinə görə, növbəti aylarda qiymət artımı baş versə, bu, süni artım olacaq: 

"Çünki adətən, orta aylıq əməkhaqqının artımı bazara təsir göstərir, minimum əməkhaqqının artımı yox”.

Ekspert bildirib ki, minimum əməkhaqqı o anlama gəlir ki, özəl və dövlət şirkəti minimum əməkhaqqından aşağı əməkhaqqı vermir: 

"Deyilənləri nəzərə alaraq demək olar ki, minimum əməkhaqqının məbləğinin artımı istehlak bazarına təsir etməyəcək, bazara təsiri minimumdur. Əgər qiymət artımı olacaqsa, bu, iqtisadi baxımdan əsaslandırılmış qiymət artımı yox, süni artım olacaq”. 

V. Bayramov güman edir ki, minimum əməkhaqqının artımı 2018-ci ildə dövlət və digər sektorlar üzrə əməkhaqlarının artımına şərait yaradacaq:

"Minimum əməkhaqqının məbləğinin artırılması xüsusən dövlət sektorunda çalışanlar üçün baza formalaşdırır. Əlavə olaraq neftin mövcud qiymətini nəzərə alsaq, növbəti ildə maaşların artımı mümkün olacaq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol