• $
  • €
  • ₽
  • ₺
  • £

Teleqüllə yaxınlığında sürüşmə baş verib

Teleqüllə yaxınlığında sürüşmə baş verib
27.12.2017 15:49
Bayıl yamacında, Bakı Televiziya Qülləsinin ətrafında torpaq qatında çatlar əmələ gəlib. Ərazidə sürüşməyə qarşı inşa edilmiş istinad divarları deformasiyaya məruz qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Bayıl dərəsi istiqamətində əhali tərəfindən tikinti məqsədilə yamac şaquli kəsilib və bu yamacın dayanıqlılığının itməsinə səbəb olub: "Bu səbəbdən və atmosfer yağıntılarının təsirindən yamacda sürüşmə - batma prosesi baş verib. Ərazidə müxtəlif ölçülü çatlar yaranıb”.

Dəstə rəisin sözlərinə görə, sürüşmə ərazisi Bakı Televiziya Qülləsinin cənub-şərq istiqamətində, teleqüllədən 250-300 metr məsafədə yerləşir.

R. Həsənov qeyd edib ki, sürüşmə Bakı Televiziya Qülləsinə hər hansı təhlükəli vəziyyət yarada bilməz: "Çünki ərazidə relyef elə formadadır ki, bir-birinə hər hansı keçid yoxdur. Arada müəyyən məsafə var və teleqüllə üçün hər hansı bir təhlükə yoxdur”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol