• $
  • €
  • ₽
  • ₺
  • £

“Exchange”lərin açılması bankların ziyanınadır?

“Exchange”lərin açılması bankların ziyanınadır?
04.01.2018 14:22
"Azərbaycanda hər hansı bir qərar verilərkən qərarın dərindən analiz olunmadığı  və bütün mexanizmlərin əvvəlcədən hesablanmadığı "exchange”lərin yenidən açılacağı ilə bağlı məsələdə də üzə çıxdı. Hər hansı  qərar verilir, sonradan həmin qərarların təsirləri iqtisadiyyatda  və yaxud da sosial həyatda özünü büruzə verdikdən sonra ya dəyişdirilir,  ya da başqa qərarlara əlavələr olunur”

Bunu "Qafqazinfo”ya açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycanda "exchange”lərin yenidən açılacağı məsələsindən danışarkən deyib. 

O qeyd edib ki, "exchange”lər bağlanarkən düşünülməmiş qərar verildi: "Bunu onunla əsaslandırdılar ki, "exchange”lərin olması valyuta bazarında panikaya yol açır. Bu da hər hansı zərbələrə yol aça bilər. İndi də yenidən açılır. Əgər bu əsaslandırma var idisə,  nəyə görə indi yenidən açılır?  O səbəblər tam aradan qalxdımı? Deməli o zamankı qərar tələsik, düşünülmədən verilmişdi. Təqribən 4 min insanın iş yerini itirməsinə səbəb oldu. İndi isə "exchange”lərin çox ağır şərtlərlə yenidən açılması irəli sürülür. 

Düşünmürəm ki, əvvəlki sayda yenidən "exchange”lər olacaq. Amma şəhərin mərkəzində yeni "exchange”lərin açılması mümkündür. Bu məsələnin yeganə olaraq vətəndaşlar və turistlərin üçün müsbət tərəfi odur ki, banklar axşam saat 6-dan sonra və şənbə, bazar günü  işləmirlər. Bu da əhali və xarici turistlər üçün narahatlıq yaradırdı. İndi şəhər mərkəzində açılacaq "exchange” lər bu narahatlığı aradan qaldıracaq.  Bankların işinə birbaşa təsir göstərməyəcək. Ancaq az da olsa onların gəlirliklərinin azalmasına səbəb ola bilər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol