• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident pensiyalarla bağlı sərəncam imzalayacaq

Prezident pensiyalarla bağlı sərəncam imzalayacaq
15.01.2018 15:17
Fevral ayının pensiyalarının ödənişi zamanı pensiyaların yanvar və fevral aylarındakı artımlarla birlikdə ödənilməsi nəzərdə tutulur.

AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. Nazirlik rəsmisi bildirib ki, hər il olduğu kimi əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin ayrıca sərəncamının imzalanacağı gözlənilir. 

"Belə ki, həmin Sərəncamla Dövlət Statistika Komitəsinin 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım göstəricisi barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən həmin qədər artırılması həyata keçiriləcək. Məlumat üçün bildirək ki, indeksləşdirmə ötən illərdən fərqli olaraq yeni mexanizmlə həyata keçiriləcək. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan dəyişikliklərə əsasən əmək pensiyalarında "baza hissəsi” və "sığorta hissəsi” anlayışları aradan qalxıb. Ona görə də əvvəlki illərdən fərqli olaraq, əmək pensiyalarının yalnız sığorta hissəsinin deyil, artıq bütün məbləğinin ölkə üzrə əmək haqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin olunacaq". 

E.Babayev qeyd edib ki, bu dəyişiklik ilk növbədə pensiyasının məbləği aşağı olanlar üçün məqsədəuyğundur: "Məsələn, 200 manat pensiya məbləği əvvəllər 110 manat baza hissəsindən və 90 manat sığorta hissəsindən ibarət idi və indeksasiya yalnız sığorta hissəsinə tətbiq olunurdu, deməli, 12,9% - lik inflyasiyaya görə artım cəmi 11,61 manat (200-110)x12,9% edəcəkdi. Yeni qaydalara görə isə bütün məbləğə (yəni 200 manata) orta aylıq əmək haqqının artım sürəti yəni 6,4%-lik artım tətbiq olunur və nəticədə pensiya 200x 6,4%=12,8 manat artır. Göründüyü kimi, hətta inflyasiyanın tempinin orta aylıq əmək haqqının artım tempindən 2 dəfə çox olduğu şəraitdə belə yeni qayda aşağı məbləğdə (215 manatdan az) pensiya alanlar üçün effektivdir".

Şöbə müdiri vurğulayıb ki, artımların nə vaxt ödəniləcəyinə gəldikdə isə fevral ayının pensiyalarının ödənişi zamanı pensiyaların yanvar və fevral aylarındakı artımlarla birlikdə ödənilməsi nəzərdə tutulur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol