• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda rəsmi kortej tıxacla hərəkət etdi

Bakıda rəsmi kortej tıxacla hərəkət etdi
16.01.2018 10:53
Bakı Olimpiya Stadionunun qarşısında aparılan tunel tikintisi səbəbindən rəsmi kortej tıxacla hərəkət etməli olub.

Axar.az xəbər verir ki, yaranmış sıxlıq daha uzun tıxaca səbəb olmasın deyə, Dövlət Yol Polisi əməkdaşları yolu tamamilə bağlamayıblar. DYP əməkdaşlarının köməyi ilə Bakıxanov qəsəbəsindən gələn avtomobillər prospekt yoluna hissə-hissə buraxılıb. Rəsmi kortej də vətəndaşlarla birgə tıxacla hərəkət edib.

Polislərin səyi nəticəsində yolda uzunmüddətli sıxlıq yaranmayıb. Tunel tikintisi ilə əlaqədar metronun "Koroğlu” stansiyasına gedən yolda nəqliyyat sıxlığını aradan qaldırmaq üçün Atletlər Kəndi ərazisindən olan yolu vətəndaşlar üçün açıblar.

Belə ki, Ziya Bünyadov prospektinə tərəf hərəkət edən avtomobillər sıxlığa düşməsin deyə, Olimpiya stadionu ətrafından hərəkət edərək Z.Bünyadov prospektinə çıxıblar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun qarşısından yolun əks istiqamətinə qədər uzanacaq tunelin tikintisinə başlanılıb. Bu tunel Ziya Bünyadov (Dərnəgül) prospektindən gələn və hava limanı istiqamətində hərəkət edən sürücülərin işini asanlaşdıracaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol