• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı “Stalinin yaxtası”nı almaq istəyir – Rəsmi

Bakı “Stalinin yaxtası”nı almaq istəyir – Rəsmi
17.01.2018 15:15
"Xəzər Dəniz Gəmiçiliyi”nin ekspertlər qrupunun ötən həftə "Stalinin yaxtası”na texniki baxış keçirməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Xəzər Dəniz Gəmiçiliyinə aid olan heç kəs gəmiyə baxış keçirməyib.

Bu sözləri Axar.az-a Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev azərbaycanlı ekspertlərin "Stalinin yaxtası"na baxış keçirməsi və qiymət danışıması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

M.Mehdiyevin sözlərinə görə, Xəzər Dəniz Gəmiçiliyi QSC adıçəkilən gəmini almaq niyyətindədir. Lakin bununla bağlı hələ son qərar verilməyib.

QSC sözçüsü bildirib ki, bu məsələ ilə bağlı hər hansısa qərar olacaqsa, bu barədə mətbuata açıqlama veriləcək.

Məlumata görə, Moskva Çay Gəmiçiliyi İdarəsi 1934-cü ildə inşa edilmiş və "Stalinin yaxtası” kimi tanınan "Maskim Qorki” teploxodunu 20 milyon rubla (600 min manat) satışa çıxarıb. Potensial alıcılardan biri də Xəzər Dəniz Gəmiçiliyi QSC-dir.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, XDG-nin ekspertlər qrupu ötən həftə gəmiyə texniki baxış keçiriblər.

"Maksim Qorki” gəmisi 1934-cü ildə inşa edilib. Onun uzunluğu 69 metr, eni 13 metrdir. Gəmi 30 km/saat sürət yığa bilir. Teploxodun "Stalinin yaxtası” adlandırılmasına baxmayaraq, İosif Stalinin orada istirahət etməsi ilə bağlı heç bir fakt yoxdur. 1935-ci ildə bu gəmidə Maksim Qorkinin istirahət etməsi ilə bağlı yayılan rəvayət də öz təsdiqini tapmayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol