• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial müavinətlərlə bağlı nazirdən şad xəbər - VİDEO

Sosial müavinətlərlə bağlı nazirdən şad xəbər - VİDEO
20.01.2018 00:14
Əlillərin həm sosial müdafiəsi, həm tibbi reabilitasiyası, həm də hüquqlarının qorunması ilə bağlı müddəaların yer aldığı qanun layihəsi Milli Məclisə təqdim edilib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir ünvanlı sosial yardımların təyinindəki dəyişikliyə də toxunub. O, qeyd edib ki, yerlərdə maddi-məişət şəraitinin yoxlanılması yenidən bərpa edilib.

"Əlillərin sosial müdafiəsi haqqında" qanun layihəsi Milli Məclisə təqdim edilib.

Sonxeber.az xezerxeber.az-a istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, layihədə əlillərin həm sosial müdafiəsi, həm tibbi reabilitasiyası, həm də hüquqlarının qorunması ilə bağlı müddəalar öz əksini tapacaq.

Səlim Müslümov ünvanlı sosial yardımların təyinindəki dəyişikliyə də toxunub. O, qeyd edib ki, sosial müavinətlər 2016-cı il fevralın 15-dən etibarən avtomatlaşdırılmış sistemlə təyin edilir. Hazırda 80 minə yaxın sakin ünvanlı sosial yardımı bu üsulla alır. Nazir deyib ki, avtomatlaşdırılmış sistem istifadəyə verilən yerlərdə maddi-məişət şəraitinin yoxlanılması aradan qaldırılmışdı. Lakin, Hesablama Palatası yerlərdə yoxlamalar aparıb və bəzi səbəblərdən maddi-məişət şəraitinin yoxlanılması bərpa edilib.

Nazir tərkibində əmək qabiliyyətli şəxslər olan ailələrə səslənərək məsləhət görüb ki, həmin insanlar Məşğulluq Mərkəzlərinə müraciət edərək özünəməşğulluq proramlarına cəlb olunsunlar. Bu məqsədlə dövlət tərəfindən 35,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol