• $
  • €
  • ₽
  • ₺
  • £

“Full” paketinə qoşul, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan!

“Full” paketinə qoşul, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan!
23.01.2018 17:04
"Nar” öz istifadəçiləri üçün daha bir maraqlı kampaniya keçirir. Belə ki, 29 dekabr 2017-ci il – 28 yanvar 2018-ci il tarixləri arasında "Full” paketinə qoşulmuş abunəçilər mobil operatordan dəyərli hədiyyələr qazanmaq şansı əldə edirlər. Bunun üçün sadəcə "28 Mall” alış-veriş mərkəzinin 1-ci mərtəbəsində yerləşən "Nar” stendinə gəlmək kifayətdir.

"Nar”-ın tamamilə yeni "Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan "Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz "Full” paketi ilə təmin etdi.

Stendə yaxınlaşan abunəçiyə kampaniya haqqında məlumat verilərək kupon təqdim edilir. Bu kuponun sahibi kampaniyada iştirak etmək hüququ əldə etmiş olur. Kampaniyada 1 ədəd "Samsung Galaxy S8” smartfonu, 1 ədəd "Ipad Pro” planşeti və 1 ədəd "Samsung Gear S3” saatı oynanılır. Şəffaf qutudakı kuponların sahibləri arasından 3 nəfər iştirakçı təsadüfi seçimlə qalib elan ediləcək.

Uduş 29 yanvar 2018-ci il tarixdə saat 18:00-da "28 Mall” AVM-nin 3-cü mərtəbəsində keçiriləcək. Kampaniyanın iştirakçısı bu kuponu özündə saxlamalı və həmin vaxt uduş keçirilən yerdə olmalıdır. Uduş kuponu şəffaf qutudan çıxan iştirakçı həmin vaxt uduş keçirildiyi yerdə olmazsa, həmin uduş yenidən oynanılacaqdır. Hədiyyə qalib gələn iştirakçıya uduş kuponunu və şəxsiyyət vəsiqəsini təqdim etdiyi halda veriləcək.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
İqtisadiyyat 07:55
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
İqtisadiyyat 14:37
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
İqtisadiyyat 11:41
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
İqtisadiyyat 10:13
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol