• $
  • €
  • ₽
  • ₺
  • £

Kərəm Həsənov tapşırıq verdi

Kərəm Həsənov tapşırıq verdi
29.01.2018 12:01
Əmlak Məsələləri Dövlət Komitəsində ötən il  ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

"Qafqazinfo” xəbər verir ki, Komitə sədri Kərəm Həsənov iclasda bildirib ki, ölkə başçısının tapşırığı ilə iqtisadi sahələrdə tətbiq edilən müasir metodlar, dövlət idarəetməsinin modernizasiyası sayəsində həm makroiqtisadi sabitlik, həm də qeyri-neft sektorunda davamlı inkişaf dinamikası təmin edilib. Bildirib ki, ölkədə həyata keçirilən iqtisadi yeniliklər fonunda əmlak idarəçiliyi sahəsində də müasir idarəetmə texnologiyaları və innovativ yanaşmalar tətbiq edilib, xidmətlərdə ictimai məmnunluğun artırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm tədbirlər görülüb. 

Bildirilib ki, ötən il ərzində keçirilmiş 20 "Kütləvi çıxarış” kampaniyasının 5-i paytaxt rayonlarında, 15-i isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 2017-ci il ərzində vətəndaşlardan 80 mindən çox müraciət qəbul olunub. 

2017-ci il ərzində komitənin inzibati binasında və regionlarda komitə rəhbərliyi, həmçinin komitənin strukturuna daxil olan və tabeliyində olan qurum rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaş qəbulları keçirilib və ümumilikdə 10 min 755 nəfər qəbul edilib.

Müşavirənin sonunda Komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. O, Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin icrası ilə bağlı işlərin yerinə yetirilməsi və monitorinqlərdə əldə olunan göstəricinin daha da yüksək olması üçün lazımi tədbirlərin vaxtında görülməsi tapşırığını verib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol