• $
  • €
  • ₽
  • ₺
  • £

Əməkdar jurnalistlərin təqaüdləri artırıldı – Rəsmi

Əməkdar jurnalistlərin təqaüdləri artırıldı – Rəsmi
24.02.2018 11:29
Prezidentin sərəncamı "Əməkdar” fəxri adını almış jurnalistlərə də şamil ediləcək. Sərəncama əsasən onların təqaüdləri martın 1-dən artırılacaq. Belə ki, əvvəlcə bu təqaüd 60 manat idisə, hazırda 100 manat olacaq.

Axar.az xəbər verir ki, bu sözləri bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Musavat.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, fevralın 22-də prezidentin sərəncamı ilə fərdi, xüsusi və fəxri adlara görə aylıq təqaüdlər artırılıb.

Dəyişikliyə görə prezidentin fərdi təqaüdünün məbləğinin martın 1-dən 1300 manatdan 1450 manatadək, gənc istedadlara xüsusi təqaüdlər 300 manatdan 400 manata qədər artırılıb. Həmçinin martın 1-dən "Xalq” fəxri adından ötrü təqaüd 150 manat, "Əməkdar” fəxri adına görə isə 100 manat müəyyən edilib. Xatırladaq ki, əvvəlcə "Xalq” fəxri adına görə 100, "Əməkdar” fəxri adına görə isə hər ay 60 manat ödənilirdi.

Xatırladaq ki, ölkə mətbuatında "Əməkdar” fəxri adını almış çoxsaylı jurnalistlər var. Onlardan "Yeni Müsavat” qəzetinin baş redkatoru Rauf Arifoğlu, qəzetin redaktoru Zahid Səfəroğlu, "Ayna”, "Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, "Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, "Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı və digərlərini qeyd etmək olar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol