• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirliyin Bayıl yamacı ilə bağlı SON AÇIQLAMASI

Nazirliyin Bayıl yamacı ilə bağlı SON AÇIQLAMASI
27.02.2018 12:10
"Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sahədə sürüşmə prosesi müvəqqəti olaraq dayanıb. Amma ola bilər ki, yerin dərinliklərində proses gedir”.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, onlar yerin dərin qatlarında hansısa proseslərin baş verdiyini müəyyənləşdirə bilmirlər:

"Bayılda yanvarın 24-də baş verən sürüşmədən bir gün əvvəl biz ərazidə olmuşduq. Orada heç bir dəyişiklik yox idi, ancaq sabahısı vəziyyət dəyişmişdi. Buna görə də yerin dərin qatlarında hansısa proseslərin baş verib-vermədiyini deyə bilmirik. Hazırda isə ərazidə elə bir dəyişiklik müşahidə edilmir”.

R.Həsənov qeyd edib ki, hazırda Bayıl yamacındakı sürüşmə sahəsində dəqiq tədiqatların aparılması üçün hazırlıq işləri görülür:

"Ola bilsin ki, yaxın günlərdə bu tədqiqatlara başlayacayıq. Reperlər quraşdırıldıqan sonra ərazidəki ən kiçik tərpənişi belə hiss etmək mümkün olacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, Bayıl yamacında baş verən sonuncu sürüşmə 2000-ci ilin martın 7-də baş verən sürüşmə qədər böyük olmasa da, bu hadisəni kiçik də saymaq olmaz:

"O zaman Şəhidlər Xiyabanının aşağı hissəsində sürüşmə-batma hadisəsi baş vermişdi, oradakı böyük tikililər torpaq altında qalmışdı. Torpaq qatı az qala prospektə qədər gedib çatmışdı. 2000-ci ildə Bayıldakı sürüşmə prosesini dayandırmaq üçün ərazidə istinad divarları tikildi, yamacın yükünün azaldılması istiqamətində işlər görüldü, ərazidə ağaclar əkildi, yaşayış evlərinin tikilməsinə icazə verilmədi".

Qeyd edək ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdirilib.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol