“Azərenerji” ASC “Fitch” ilə əməkdaşlığa xitam verib

"Azərenerji” ASC "Fitch" Beynəlxalq Reytinq Agentliyi ilə əməkdaşlığına xitam verib. Agentlik reytinqin geri çağırılmasının kommersiya məqsədləri ilə əlaqədar olduğunu açıqlayıb.
"Azərenerji”nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı "Report”a açıqlamasında faktı təsdiqləyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum indiki halda "Fitch”lə əməkdaşlıqda effekt görmür: "Biz "Fitch" Beynəlxalq Reytinq Agentliyi ilə müqaviləyə xitam vermişik. "Azərenerji”nin beynəlxalq təşkilatlarla uzunmüddətli əməkdaşlığı onun reytinqinin yüksəldilməsində özünü göstərib. Artıq monitorinq aparan bir neçə beynəlxalq təşkilatla işləməyi çox da effektiv hesab etmirik. Amma gələcəkdə əməkdaşlıq məsələlərinə yenidən baxmaq olar”.
Xatırladaq ki, hazırda "Azərenerji” yalnız "Standard&Poors” (S&P) Beynəlxalq Reytinq Agentliyi ilə əməkdaşlıq edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər

İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur

İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur




















