• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllim və həkimlərin maaşı artacaq?

Müəllim və həkimlərin maaşı artacaq?
16.03.2018 14:23
Müəllim və tibb işçilərinin maaşları orta aylıq əmək haqqına çatdırılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə çıxışı zamanı səsləndirib.

Millət vəkili tibb sahəsində əldə edilən uğurlardan da danışıb. O, şəkərli diabet xəstələrinin müalicəsi və dərmanla təminatı üçün ayrılan vəsaitin artırılmasını təklif edib.

"Bu gün ölkəmizdə 240 minə qədər şəkərli diabet xəstəsi var. Bu gün dünyada onkoloji və ürək xəstəliklərindən sonra ölüm halları ən çox bu xəstəlikdən qeydə alınır. Lakin son illərdə şəkərli diabet xəstələri üçün ayrılan vəsaitin həcmi 36 milyon olaraq qalır, baxmayaraq ki, xəstələrin sayı artmaqdadır. Bu insanların dərman təminatı dövlət hesabına təmin edilir. Dünyada modern insulindən istifadə edilir, hazırda bizim istifadə etdiyimiz insulindən imtina edilib. Bizdə modern insulindən yalnız uşaqlar və xüsusi ağır xəstələr istifadə edir. Bütün şəkərli diabet xəstələrinin modern insulinlə təminatı arzuolunan haldır”.

Millət vəkili Fazil Mustafa isə çıxışında təhsil işçiləri ilə səhiyyə sistemi arasında maaş məsələsində kəskin fərq olmasının da narahatedici məqam olduğunu deyib:

"Bu iki sosial sahə arasında bu fərq olması doğru deyil. Bunun ağır nəticəsini vətəndaş çəkir. Bundan başqa təklif edirəm ki, diaqnostik qiymətləndirmə və yüksək nəticə göstərən müəllimlərin maaşları digərlərindən fərqləndirilməlidir. Bir sıra ölkələrdə südlə benzinin qiyməti eynidir. Bizdə benzin 90 qəpik, süd 1 manat 50 qəpikdir. Süd uşaqların inkişafı üçün önəmlidir, bir sıra ölkələrdə bununla bağlı məktəblərdə aksiyalar keçirilir”.

Millət vəkili vurğulayıb ki, bu problemlərin aradan qaldırılması üçün inkişafla yanaşı tənqidlər də səsləndirilməlidir:

"Bundan başqa, deputatların təkliflərinə bəzi hallarda ya cavab verilmir, ya da uyğun cavab verilmir. Məsələn, ötən il nazirliklərin təmiri ilə bağlı ayrılan 10 milyon manat vəsaitlə bağlı sualımıza adekvat cavab verilməyib. Əgər 10 milyon böyük rəqəm deyilsə, bunu məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönləndirməliyik. Bu gün hərbçilərin evində belə məcburi köçkünlər yaşayır. Biz müharibə şəraitində yaşayan ölkəyik, məcburi köçkünlərin hamısı mənzillə təmin edilməlidir ki, hərbçilərimizin də mənzil problem həllini tapsın”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol