Azərbaycan və Serbiya arasında qarşılıqlı sərmayə qoyuluşu müzakirə edilib

Azərbaycan səfiri Serbiyanın İqtisadiyat Nazirliyinin dövlət katibi ilə görüşüb.
Azərbaycan səfiri Eldar Həsənov Serbiyanın İqtisadiyat Nazirliyinin dövlət katibi Draqan Stevanoviçlə iki ölkə arasındakı siyasi və iqtisadi əməkdaşlığı, həmçinin qarşılıqlı sərmayə qoyuluşunu müzakirə edib.
"Report" Serbiya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, D.Stevanoviç görüşdə Serbiya və Azərbaycan arasında siyasi münasibətlərin güclü olduğunu bildirib.
Onun sözlərinə görə, Serbiya tərəfi iqtisadi əlaqələrin intensivləşməsində maraqlıdır. Dövlət katibi qeyd edib ki, Serbiyada investisiya yatırılması üçün geniş imkanlar yaradılıb və dövlət iqtisadiyyatın zəif inkişaf etmiş sahələrinə sərmayələrin qoyuluşunu təşviq edir.
E.Həsənov vurğulayıb ki, azərbaycanlı iş adamları, əsasən, emal sənayesi, o cümlədən ağac emalı sahəsi üzrə müəssisələrin yaradılmasında maraqlıdırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər

İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur

İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur




















