• $
  • €
  • ₽
  • ₺
  • £

82 nəfər Elman Rüstəmovu məhkəməyə verdi - 81 milyonluq iş

82 nəfər Elman Rüstəmovu məhkəməyə verdi - 81 milyonluq iş
29.03.2018 10:51
"Bank Standard”ın bir qrup əmanətçisi Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı, Mərkəzi Bankın sədri Elman Rüstəmov və bir qrup vəzifəli şəxs haqda məhkəməyə müraciət edib.

"Qafqazinfo” xəbər verir ki, bu haqda iqtisadçı Əkrəm Həsənov məlumat yayıb. Xəbərə görə, bankın 82 əmanətçisi bankın müflisləşməsində təqsirli şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb. Təqsirkarlardan vurulan zərərin əvəzi - 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. Bu, təxmini 81 mln. manat təşkil edir. 

Ə. Həsənov bildirib ki, ümumiyyətlə, əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq.

İddiada əsas sübut kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur. Belə ki, Ləğv Planında "Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın cəmi 196 mln. manatlıq əmlakı var və buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq.

Ə. Həsənov bildirib ki, bu və digər sübutlara əsasən əmanətçilər hesab edir ki, aşağıdakı şəxslər bankın müflisləşməsində təqsirkardır:

1. Mərkəzi Bank, habelə şəxsən onun sədri Elman Rüstəmov və baş direktoru Rəşad Orucov (bank nəzarətinə görə məsul olmuş "Bank Mamed”in kürəkəni). Onların əsas vəzifəsi səmərəli bank nəzarətinin həyata keçirilməsi (əmanətçilərin maraqlarını qorumaq üçün) olduğu halda, əksinə, "Bank Standard”dakı qanun pozuntularına ən azı göz yumub, tədbir görməyib, üstəlik bankı yeri gəldi-gəlmədi kreditləşdiriblər.

2. Bankın auditoru olmuş "KPMG”. Bankın auditini qeyri-obyektiv həyata keçirib və onun maliyyə vəziyyəti barədə ictimaiyyətdə yanlış təəssürat yaradıb. Məsələn, 2012-2013-cü illər üzrə təxmini 15 mln. manat zərərin olduğunu bildirib. Halbuki, artıq o zaman zərər xeyli çox olub.

3. Bankın İdarə Heyətinin keçmiş sədrləri Səlim Kriman və Abbas Nəsibov. Onların qanunsuz əməlləri elə Ləğv Planında birbaşa qeyd olunub. Krimanı hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Nəsibov isə son illərdə bankda auditin həyata keçirilməsinə imkan verməyib. Devalvasiya ilə əlaqədar banka dəymiş 197 mln. manat zərərə görə də Abbasovun təqsiri araşdırılmalıdır.

4. Maliyyə Bazarlarına Nəzarət Palatası, habelə şəxsən onun Direktorlar Şurasının sədri Rüfət Aslanlı və baş icraçı direktoru İbrahim Alışov, habelə bankın sağlamlaşdırılması dövründə İdarə Heyətinin sədri olmuş Xalid Əhədov. Bu şəxslər bankın 2016-cı ilin may-sentyabr aylarında həyata keçirilmiş "sağlamlaşdrma” proseduruna görə suçludurlar. Belə ki, həmin prosedur Nazirlər Kabinetinin qərarı və planı olmadan aparıldığı üçün qanunsuz olub. Daha sonra, Ləğv Planında birbaşa qeyd olunur ki, bu prosedur uğursuz olub və bank əlavə iri itkilərə məruz qalıb. Üstəlik Mərkəzi Bankın həmin dövrdə banka ayırdığı 115 mln. manatın taleyi müəmmalıdır.

Ə. Həsənov deyib ki, Azərbaycan məhkəmələri iddiaları təmin etmədiyi təqdirdə əmanətçilər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədirlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol