• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstana səfər edən sürücülərin – DİQQƏTİNƏ

Gürcüstana səfər edən sürücülərin – DİQQƏTİNƏ
04.04.2018 09:25
DİN-in Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Azərbaycandan Gürcüstana səfər edən nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edib.

İdarədən Oxu.Az-a bildirilib ki, Gürcüstanın Azərbaycandakı Səfirliyinin məlumatına əsasən, 15 dekabr 2017-ci il tarixdə Gürcüstan ərazisində hərəkət edən xarici ölkədə qeydə alınmış nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında qanun qəbul olunub, 26.01.2018-ci il tarixdə isə icbari sığorta üzrə öhdəliklərin yerinə yetirilməsi və anlaşılmazlıqların həlli üçün icbari sığorta mərkəzi yaradılıb.

Bununla əlaqədar 1 mart 2018-ci il tarixdən etibarən nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü Gürcüstan ərazisində olacağı bütün müddət ərzində öz mülki məsuliyyətini sığortalamalıdır.

Gürcüstanın qanunvericiliyinə əsasən, cari il mart ayının 1-dən icbari sığorta müqaviləsi olmayan şəxslərin 100 Laridən 200 Lariyədək məbləğdə cərimə olunması nəzərdə tutulduğundan DİN Baş DYP İdarəsi Gürcüstana səfərə gedən nəqliyyat vasitəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Gürcüstan ərazisinə daxil olarkən gömrük məntəqələrində (Sarpi, Qırmızı Körpü, Kazbeqi, Sadaxlo) və digər sərhədlərə yaxın mərkəzi şöbələrdə (banklar, ödəniş qutusu, veb sayt və brokerlər məntəqələrində) həmin ölkədə qalacağı müddətə uyğun (15 gün, 30 gün, 90 gün, 1 il) sığorta paketini əldə etsinlər. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol