• $
  • €
  • ₽
  • ₺
  • £

Bina evində yaşayanlar bu xəbəri oxusunlar

Bina evində yaşayanlar bu xəbəri oxusunlar
12.04.2018 15:17
Anews.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində binaların həyətlərini əkin yerinə çevirənlər barədə maraqlı sujet yayımlanıb.

Adətən binaların həyətlərində yaşıllıqlar salınır, oturacaqlar quraşdırılır ki, həmin binaların sakinləri burda rahat dincələ, istirahət edə bilsinlər. Həm də mənzərə baxımından insanlarda xoş təəssürat yaratsın. Ancaq bu binalarda vəziyyət tamamilə fərqlidir.

Binaların əksəriyyətinin qarşısının hasarlanması adi hala çevrilib. İstənilən köhnə binanın həyətinə nəzər salsaq, bunun şahidi olarıq.

Binaların qarşısı sakinlər tərəfindən zəbt edilib, hasarlanaraq özəlləşdirilib. Bina boyunca dəmir və taxta hasarlar çəkilib. Bu hasarların arxasında bağ-bağça salan kim, əkin əkən kim, toyuq-cücə saxlayıb, satan kim.

Xüsusən də birinci mərtəbələr bağlanılıb, bir neçə metr irəli çəkilib. Həyətyanı sahələrin bir hissəsini isə qarajlar zəbt edib. Demək olar ki, hər binanın qarşısında onlarla qaraj mövcuddur. Yetərincə yer tutan bu obyektlər insanların istirahətinin pozulmasına, uşaqların oyun sahələrinin zəbt olmasına gətirib çıxarır.

Ekspertlərin sözlərinə görə, bina evlərinin ümumi sahələri orada mənzil sahibi olan bütün ailələrə məxsusdur. Lakin bəzən birinci mərtəbədəki ailələrin o sahəni zəbt etməsi digər mərtəbələrdə yaşayan insanların hüquqlarının pozulması deməkdir.

Nüsrət İbrahimov (ekspert): "Həyətlərin salınması, qapı-pəncərələrin açılması dəyişiklik edilməsi deməkdir. Binanın aparıcı konstruktiv elementlərinə müdaxilə etmək olmaz".

Fövqəladə hal baş verən zaman da həm texnika, həm də insanlar binaya yaxınlaşmaqda çətinlik çəkirlər.

İntiqam Əşirov (bələdiyyə sədrinin müavini): "1 ildən 3 ilə qədər azadlıqdan məhrum etmə və 8-10 min manat arası cərimə edilirlər. İctimai binalarda özbaşına hasarlama aşkarlansa, həmin şəxslərə xəbərdarlıq edilir".

Bu cür artırmalar bütün bu sadalananlarla yanaşı, şəhərin görkəminə də xələl gətirir. Çünki əksər binaların qarşısındakı bu bağlar, hasarlamalar baxımsız olduğundan cəngəllikləri xatırladır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol