• $
  • €
  • ₽
  • ₺
  • £

Azad Rəhimov Fazil Məmmədovun qudasına vəzifə verdi

Azad Rəhimov Fazil Məmmədovun qudasına vəzifə verdi
10.05.2018 15:41
Gənclər və İdman Nazirliyində (GİN) Azərbaycan Güləş Federasiyasının (AGF) seçki konfransı keçirilib.

GİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə nazirAzad Rəhimovson dönəmlərdə Azərbaycan güləşçilərinin mötəbər beynəlxalq turnirlərdə qazandıqları qələbərlərdən söz açaraq, Avropa çempionatından yüksək qələbə, ümumilikdə 18 medalla Vətənə qayıdan pəhləvanlara təşəkkür edib, onlarla qürur hissi duyduğunu bildirib. 

A.Rəhimov deyib ki, federasiyada yaşanan problemlərə baxmayaraq, idmançıların qələbələri işlərin düzgün şəkildə qurulduğunun əyani göstəricisidir. Onun sözlərinə görə, növbəti sınaq Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunları olacaq. Nazir bu Oyunlarda da uğurlu nəticələrin olacağına ümid etdiyini vurğulayıb.

Daha sonra A.RəhimovNamiq Əliyevinyenidən AGF-yə dəvət olunduğunu və I vitse prezident vəzifəsində çalışacağını diqqətə çatdırıb. Bununla yanaşı, nazirFirdovsi Umudovunsərbəst güləş üzrə milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti postunda çalışacağını əlavə edib.

A.Rəhimov bu qayıdışı belə şərh edib: "Namiq Əliyev güləş aləmində kifayət qədər tanınan və güləşimizin inkişafına öz töhfələrini vermiş insandır. Onun yenidən federasiyaya dönüşünü hər kəs çox müsbət qiymətləndirib. Firdovsi Umudov komandamızın daim Vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan insandır. Əminəm ki, federasiyanın vitse prezidenti və milli komandanın baş məşqçisi olaraq bundan sonra da zəhmətini əsirgəməyəcək".

Nazir çıxışının sonunda federasiyaya məşqlərin daha yüksək səviyyədə aparılması üçün bölgələrdə fəaliyyət göstərən Olimpiya Komplekslərindən istifadə edilməsini, bununla yanaşı, idmançıların sağlam rəqabətdə qalib gəlmələri üçün AMADA (Azərbaycan Milli Antidopinq Agentliyi) ilə sıx çalışmalarını məsləhət görub.

Öz növbəsində, N.Əliyev, milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti Firdovsi Umudov, vitse-prezidentElcin CəfərovGənclər və İdman Naziriyinə daim göstərilən dəstək üçün təşəkkürünü bildirib, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına və 2020-ci il Tokyo olimpiadasına xüsusi hazırlıq keçəcəklərinə söz veriblər.

Qeyd edək ki, Namiq Əliyev keçmiş vergilər naziriFazil Məmmədovunqudasıdır. Belə ki, keçmiş nazirin qızı onun oğlu ilə ailə qurub. Namiq Əliyev bir müddət əvvəl vergilər nazirinin müavini vəzifəsindən azad edilib. Bundan bir müddət əvvəl isə o, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov tərəfindən maliyyə vəsaitlərinin külli miqdarda mənimsənilməsi faktlarına görə federasiyanın vitse-prezidenti vəzifəsindən azad edilmişdi.
 
//mia.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol