• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank əməliyyat sistemini yeniləyir

AccessBank əməliyyat sistemini yeniləyir
08.11.2018 14:00
Daim müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması üçün çalışan AccessBank bu istiqamətdə daha bir yeniliyə hazırlaşır. Belə ki, Bank dünyanın ən müasir bank əməliyyat sistemlərindən biri olan Temenos T24 bank əməliyyat sisteminin R10 versiyasından R16 versiyasına keçəcək. Başqa sözlə, Sizin yerli Avropa bankınızın əməliyyat sistemi tam altı pillə irəliləyir!

Baş verəcək yeniliklər sayəsində bank xidmətlərinin keyfiyyəti və sürəti daha da artacaq, ən asası qabaqcıl texnoloji yenilikləri daha çevik və effektiv şəkildə tətbiq etməyə imkan yaradacaq. Nəticədə müştərilərimiz ən müasir bank xidmətlərindən daha rahat şəkildə və minimal vaxt sərf edərək istifadə edə biləcək. 

Sistemin yenilənməsi 9-11 noyabr tarixlərində baş tutucaq. Həmin müddət ərzində myAccess onlayn bankçılıq sisteminin və Cash-In ödəmə terminallarının işində məhdudiyyətlər yaranacaq.

Yenilənmə müddəti ərizində ödəniş kartlarından nağdlaşdırmada, eləcə də onlayn və POS-terminal vasitəsilə ödənişlərdə məhdudiyyət olmayacaq.

Noyabrın 12-dən yenilənmiş bank sistemimizin fəaliyyəti tamamilə bərpa olunacaq.

Sizə texnoloji yeniliklər dolu, qabaqcıl bank xidmətləri təqdim etmək üçün çalışırıq!

Bankla əlaqə saxlamaq üçün 151 Əlaqə Mərkəzinə zəng edə, rəsmi Facebook, Instagram səhifələrimizə və ya (+99455) 33 151 33 WhatsApp nömrəsinə yaza bilərsiniz.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol