• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakutel"-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

"Bakutel"-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək
28.11.2018 17:56
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti qarşıdan gələn "Bakutel-2018”  24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında fəal iştirak etməyə hazırlaşır. 

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell öz ənənəsinə sadiq qalaraq bu il də ziyarətçiləri və sərgi iştirakçılarını böyük məmnuniyyətlə öz stendinə dəvət edərək, ən müasir texnologiyaları, rahat və müasir məhsul və xidmətlərini, şirkətin son nailiyyətlərini onlara nümayiş etdirəcək, habelə onlar üçün bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edəcək.
"Bakutel sərgisi telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin əldə etdikləri ən son uğurlarını nümayiş etdirmələrinə və ziyarətçilərin, xüsusi ilə də peşəkar və müasir istifadəçilərin ən son texnologiyalar və innovasiyalarla tanış olmalarına imkan yaradan bir layihədir. Mən əminəm ki, Bakcell şirkətinin stendi həmişəki kimi bu il də ziyarətçilər üçün olduqca cəlbedici olacaq və bütün qonaqlar və sərgi iştirakçıları üçün xoş bir sürprizə çevriləcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.  

"Bakutel-2018” sərgisində quraşdırılacaq Bakcell stendinin qonaqları tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilmiş və Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi adına layiq görülmüş Bakcell şəbəkəsinin imkanları ilə tanış olmaq fürsəti qazanacaqlar. 
Bundan əlavə, sərgi ziyarətçiləri Bakcell şirkətinin yeni istifadəyə verilmiş "Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq, müştəri xidmətləri ilə canlı əlaqə yaradıb maraqlandıran sualları vermək, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat almaq imkanına malik olacaqlar. 

Bakcell stendində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərlərə kömək edən AppLap inkubasiya mərkəzi vasitəsilə gənc Azərbaycanlı startaplar tərəfindən yaradılmış 2 layihə təqdim ediləcək. 

Nəhayət, Bakcell şirkətinin "Bakutel 2018” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz ayrılmayacaqlar. Onlar "Ulduzum” tərəfindən təşkil edilmiş labirint oyununda iştirak edib şənlənməyə, hədiyyələr qazanmağa və Bakcell şirkətinin bu maraqlı loyallıq proqramı barədə məlumatlanmağa dəvət olunacaqlar. 

Bu il Bakcell stendində həmçinin "Wi-Fi Evinizdə” sahəsi də mövcud olacaq ki, orada qonaqlar rahat ev şəraitində "Virtuall Realliq” proqramında futbol oynamaq, mini qonaq otağında dincəlmək və ölkənin ən sürətli mobil internetdən istifadə etmək imkanına malik olacaqlar. 
Mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etmək üçün Bakcell şirkəti "Bakutel 2018” sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə dəvət edir. 

***

Bakcell haqqında 

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. 

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol