Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

Xəbər verdiyimiz kimi Kapital Bank, "Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. 2018-ci ilin dekabr ayında yekunlaşan mövsümdə "Bilik Kuboku”nun sahibi və Azərbaycan çempionu "Kapital Bank” komandası olub.
Kapital Bank-ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. Qalib komandaya 3000 manat pul və korporativ hədiyyələr təqdim edilib.
Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, Kapital Bank həmçinin "Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər

İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur

İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur




















