• $
  • €
  • ₽
  • ₺
  • £

AtaNet gündəlik ödəmələri daha yaxın etdi

AtaNet gündəlik ödəmələri daha yaxın etdi
25.06.2019 10:25

"AtaBank” ASC AtaNet mobil və internet bankçılıq xidməti istifadəçiləri üçün növbəti yeniliyi təqdim edir. Beləliklə, bank əməliyyatları, kredit ödənişləri və bank hesablarına nəzarətlə yanaşı, digər gündəlik ödəmələri də AtaNet tətbiqindən çıxmadan tez və rahat həyata keçirmək mümkündür. Artıq AtaNet-də kommunal xidmətləri, Naxçıvan MR üzrə ödənişləri, telefon, internet, kabel televiziyasını ödəmək imkanı mövcuddur.

Mütəmadi olaraq yenilənən müasir bankçılıq proqramı olan AtaNet-i App Store və Play Store-dan asanlıqla yükləyə bilərsiniz. Müştəri nömrəsi və ya Asan İmza ilə təhlükəsiz giriş və əməliyyat imkanı verən mobil əlavə, həmçinin barmaq və üztanıma funksiyalarını da dəstəkləyir. Qeyd edək ki, AtaNet xidmətindən üç dildə (Azərbaycan, Rus, İngilis) yararlanmaq mümkündür.

Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/

25 ildən artıq fəaliyyət göstərən "AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol