• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda camaata pul paylayan aparatın sahibi bu şəxsdir - FOTO

Bakıda camaata pul paylayan aparatın sahibi bu şəxsdir - FOTO
24.11.2019 12:59
Xəbər verdiyimiz kimi, Azərabaycan vətəndaşları Bakı şəhərinin bir neçə ərazisində quraşdırılan "Azpulmat" adlı aparatlardan şəxsiyyət vəsiqəsini və barmaq izini daxil etməklə 20 manat məbləğində borc pul ala bilər.


Anews.az yeniavaz.com-a istinadla xəbər verir ki, həmin borc 5 gün ərzində 21 manat şəklində geri qaytarıldığı zaman, yenidən 40 manat pul götürə bilər. Bildirilir ki, bu məbləği bu şəkildə 1000 manata kimi artırmaq olar.


"Azpulmat" adlı aparatlar haqqında məlumat almaq məqsədilə "azpul.az" adlı veb-sayt açılıb. Həmin sayt cəmi bir-neçə səhifədən ibarətdir. Olduqca səthi məlumatlar mövcuddur. Həmin səhifədə əlaqə üçün yalnız mobil nömrə qoyulub. İnsanlara pul paylayan bu aparatın kimə məxsus olduğu, ünvanı və digər məlumatlar mövcud deyil.


Yeniavaz.com-un məlumatına görə "Azpulmat" adlı aparatlar ötən il dövlət qeydiyyatına alınan "Azpul" MMC adlı şirkətə məxsusdur. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti, ev 89, 3159-cu məhəllədə yerləşir. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Tural Gəray oğludur.


1981-ci ildə Gəncə şəhərində anadan olan Vəliyev Tural Gəncə Dövlət Universitetində təhsil alıb. 2005-ci ildən bank sektorunda fəaliyyət göstərib. Tural Vəliyev "Gəncə Bank" SKB, "Royal Bank of Baku" ASC-nin Gəncə filialı, həmçinin "Nikoil Bank"ın Gəncə filialında çalışıb. 2009-2014-cü illərdə "Nikoil Bank"ın Gəncə fililalının müdiri olub. 2014-cü ildə Bankdakı vəzifəsindən çıxarılıb. Daha sonra "Nikoil Bank" ilə Tural Vəliyev arasında məhkəmə çəkişməsi olub.


Tural Vəliyev "Azpul" MMC-ni təsis etməzdən əvvəl - 2017-2018-ci illərdə "Giləzi Quşçuluq" şirkətində mühasib işləyib.
 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol