• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qızıl istehsalı 26,7% azalıb

Azərbaycanda qızıl istehsalı 26,7% azalıb
15.04.2022 17:12
2022-ci ilin yanvar-martında Azərbaycanda qızıl istehsalı 608,2 kiloqram təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 26,7% azdır. Bu barədə  Dövlət Statistika Komitəsindən  bildirilib.

Hesabat dövründə gümüş hasilatı 1331,6 kiloqram (10,2% artıb) təşkil edib.

Hasil edilmiş qızıl və gümüş emal sənayesinə təhvil verilib. 

Statistikaya görə, 2022-ci il aprelin 1-nə istehsal müəssisələrinin anbarlarında hasil edilmiş qızıl ehtiyatları 210,8 kiloqram, gümüş  isə  - 615,1 kiloqram  təşkil edir.

Azərbaycanda qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. 1997-ci il avqustun 21-də Azərbaycan Anglo Asian Mining PLC şirkəti ilə 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. Müqaviləyə əsasən, bu yataqlardan 400 ton qızılın çıxarılması planlaşdırılır.

Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmış "AzerGold” QSC də qızıl hasilatı ilə məşğuldur.

Cəmiyyət Qaradağ, Çovdar, Heydər, Dağkəsəmən, Köhnəmədən ərazisi və Küryakçay hövzəsinin qızıl və dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə edilməsi ilə məşğuldur.

N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
İqtisadiyyat 10:43
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:54
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
İqtisadiyyat 08:26
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
İqtisadiyyat 07:24
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
İqtisadiyyat 07:04
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
İqtisadiyyat 16:48
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
İqtisadiyyat 14:56
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 12:27
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol