• $
  • €
  • ₽
  • ₺
  • £

Vergi ödəyicilərinə ayrılan maliyyə dəstəyinin icrasında POZUNTULAR VAR

Vergi ödəyicilərinə ayrılan maliyyə dəstəyinin icrasında POZUNTULAR VAR
20.04.2022 11:05
"COVID-19” pandemiyası ilə mübarizə çərçivəsində vergi ödəyicilərinə ayrılmış maliyyə dəstəyinin icrasında pozuntular aşkarlanıb. Bu barədə "Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

Bildirilib ki, koronavirus pandemiyasının neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqamətində çevik tədbirlər həyata keçirməklə sahibkarlara maliyyə dəstəyi ayrılıb.

Sənədə əsasən, "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azarbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ila bağlı bir sira tədbirlər haqqında” Prezidentin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin 2020-ci il 04 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən təsdiq edilən hüquqi aktda bəzi məqamlar nəzərə alınmayıb.

İlkin olaraq nəzərdə tutulan tədbirlərin büdcə tutumuna icra prosesində yenidən baxılmaqla ilkin təyinat məbləği artırılıb, lakin il ərzində icra edilməyən Tədbirlər Planının bir istiqaməti üzrə ayrılan (proqnozlaşdırılan) vəsaitlərin əsaslandırılması səviyyəsi bir o qədər də qənaətbəxş olmamış, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştiərinin və tətillərinin verilməsi adı altında nəzərdə tutulmuş vəsait tam istifadə edilməmiş, yetərli hüquqi əsasların mövcud olmadığı bəzi hallar üzrə də maliyyə dəstəyinin göstərilməsi aşkar olunub.(report.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
İqtisadiyyat 10:43
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:54
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
İqtisadiyyat 08:26
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
İqtisadiyyat 07:24
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
İqtisadiyyat 07:04
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
İqtisadiyyat 16:48
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
İqtisadiyyat 14:56
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 12:27
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol