• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin xarici valyutada olan bank əmanətləri 15,8% artıb

Əhalinin xarici valyutada olan bank əmanətləri 15,8% artıb
22.04.2022 19:48
2022-ci ilin yanvar-martında  Azərbaycanda əhalinin bank əmanətləri (özünüməşğulluq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri də daxil olmaqla) 12,2% artaraq 10 milyard 372 milyon manata çatıb. Bu barədə Mərkəzi Bank (AMB)  məlumat verib. 

AMB-nin məlumatına görə, əhalinin xarici valyutada olan bank əmanətləri 15,8% artaraq  4 milyard 387,1 milyon manata çatıb.  Bu da  əhalinin bütün əmanətlərinin 42,3 faizini təşkil edib. 2021-ci ilin sonuna xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% olub. 

Əhalinin milli valyutada əmanətlərinin həcmi 9,8 faiz artaraq 5 milyard 984,9 milyon manata çatıb ki, bu da  bütün əmanətlərin 57,7%-i  təşkil edib.

Rezidentlərin bank depozitlərinin həcmi 9 milyard 649,5 milyon manat, qeyri-rezidentlərin isə 722,5 milyon manat təşkil edib. 2022-ci ilin birinci rübündə rezidentlərin əmanətləri 7,9%, qeyri-rezidentlərin əmanətləri 2,4 dəfə artıb.

Ümumilikdə, 2022-ci il martın 31-nə Azərbaycanda banklardakı əmanət və əmanətlərin həcmi ilk dəfə olaraq 30 milyard manatı  keçərək 30 milyard 508,5 milyon manat təşkil edib . Bu da  2021-ci ilin sonuna olan göstəricidən 5,1% çoxdur.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
İqtisadiyyat 10:43
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:54
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
İqtisadiyyat 08:26
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
İqtisadiyyat 07:24
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
İqtisadiyyat 07:04
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
İqtisadiyyat 16:48
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
İqtisadiyyat 14:56
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 12:27
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol