• $
  • €
  • ₽
  • ₺
  • £

Neft bahalaşır

Neft bahalaşır
26.04.2022 21:35
Bu gün axşam dünya bazarında  neft qiymətləri aktiv şəkildə yüksəlməyə başlayıb. Treyderlər ABŞ-da yanacaq ehtiyatları haqqında məlumatın verilməsini gözləyir və Çində koronavirusla bağlı vəziyyəti qiymətləndirməyə çalışırlar. 


Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri bu gün axşam 2,36 dollar (2,31%) bahalaşaraq 1 barrel üçün 104,68 dollar təşkil edib.


Nyu-York əmtəə birjasında (NYMEX) həyata keçirilən elektron hərraclarda iyun üçün WTI neftinin fyuçers müqaviləsinin dəyəri  2,45 dollar (2,49%) artaraq 1 barelə üçün 100,99 dollara qədər yüksəlib.


Koronavirus epidemiyası səbəbindən həyata keçirilən  qapanmaların  davam etdiyi Çində neftə tələbatım azalması ilə bağlı qorxulu gözləntilər özünü doğrultmadı. Buna səbəb ölkənin mərkəzi bankının Çinin maliyyə sistemində kifayət qədər likvidlik təmin edəcəyinə dair söz verməsi oldu. 


Çərşənbə günü ABŞ-yanacaq ehtiyatlarında son bir həftə ərzində hansı dəyişikliklərinmüşahidə olunması ilə bağlı rəsmi məlumatları açıqlayacaq. 


Trading Economics-in sorğusunda iştirak edən analitiklər neft ehtiyatlarının 2,17 milyon barel, benzin ehtiyatlarının  isə 483 min barel artdığını proqnozlaşdırırlar.


Federal Ehtiyatlar Sisteminin (FED) sərtləşdirdiyi pul siyasəti nəticəsində dolların durmadan bahalaşması da neft bazarına əlavə təzyiq göstərir.


N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
İqtisadiyyat 10:43
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:54
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
İqtisadiyyat 08:26
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
İqtisadiyyat 07:24
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
İqtisadiyyat 07:04
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
İqtisadiyyat 16:48
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
İqtisadiyyat 14:56
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 12:27
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol