• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb
25.04.2024 12:10
Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis binasında həyata keçirilən imza mərasimində Bank-ın Müşahidə Şurasının sədri və əsas səhmdarı olan Marina Kulişova və digər rəhbər şəxsləri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, xalq artisti Yusif Eyvazov iştirak ediblər. 

Müqavilədə mədəniyyətə, incəsənətə dəstək və Azərbaycanın mədəni mənzərəsinin zənginləşdirilməsinə yönəlmiş bir sıra əməkdaşlıq təşəbbüsləri öz əksini tapıb. Bu əməkdaşlıq çərçivəsində Yelo Bank teatra əhəmiyyətli maliyyə dəstəyi verəcək, il ərzində çoxsaylı tamaşaların və mədəni tədbirlərin keçirilməsinə şərait yaradacaq. İmzalama mərasimi ilə yanaşı Teatrın nümayəndəliyi Yelo Bank-ın Baş ofisinin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra müqavilə çərçivəsində gələcək əməkdaşlıqlar müzakirə edilib.

Yusif Eyvazov başlanılan bu tərəfdaşlığın məhsuldar və uzunmüddətli olacağına inandığını bildirib. "Yelo Bank ilə əməkdaşlığa başlamağa çox şadıq. Bu əməkdaşlıq çərçivəsində orkestr üçün yeni musiqi alətləri və İtaliyadan "Tosca", "Traviata" operaları üçün dekorasiyaların alınmasına dəstək göstəriləcək. Teatrımıza və ölkə mədəniyyətinə göstərdikləri diqqətə görə Marina xanıma və Yelo Banka öz təşəkkürümüzü bildirmək istəyirik”.

"Bu gün imzalanan müqavilə Yelo Bankın mədəniyyətə dəstək missiyasının bir parçasıdır. Bu tərəfdaşlıq vasitəsilə dünya opera mədəniyyətinin dəyərli incilərini xalqımıza daha yaxından hiss etdirmək istəyirik. Biz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanında olmağa və onun parlaq gələcəyinə töhfə verməyə şadıq. Bu əməkdaşlığın hər iki tərəf üçün böyük uğurlar gətirəcəyinə əminəm”. - deyə Marina Kulişova bildirib.

Qeyd edək ki, fəal sosial məsuliyyətli bank kimi Yelo, incəsənətin müxtəlif qollarını hər zaman dəstəkləməsi ilə seçilib. Bank-ın Baş ofis binası artıq özü də bir mədəni tədbir ocağına çevrilib. İndiyədək burada İsfar Sarabski, Şahin Növrəsli, Elnur Hüseynov, Fidan Hacıyeva kimi sənətkarların konsertləri, Dövlət Akademik Filarmoniyasının kamera orkestri, eləcə də qadınlardan ibarət orkestrin çıxışları fonunda bir sıra mühüm tədbirlər keçirilib.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.


Yelo Bank – Parlaq bankçılıq!



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol