• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın iştirakı ilə Naxçıvanda ilk “Karyera sərgisi” keçirildi

Kapital Bank-ın iştirakı ilə Naxçıvanda ilk “Karyera sərgisi” keçirildi
13.06.2024 15:52
Naxçıvan Muxtar Respublikasında ilk dəfə Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə muxtar respublikasının 100 illik yubileyinə həsr olunmuş "Karyera sərgisi” keçirilib. 

Ölkənin birinci bankı Kapital Bank-ın da iştirak etdiyi tədbirdə 60-dan çox dövlət, özəl və qeyri-hökümət təşkilatları iştirak edib.

Sərgidə xüsusi stendi olan Kapital Bank-ın əməkdaşları bankda işləmək istəyən namizədləri karyera imkanları və işə qəbul prosesi haqqında ətraflı məlumatlandırıblar. Namizədlər Kapital Bank-ın stendində öz CV-lərini təqdim etmək və vakansiyalar haqqında daha ətraflı məlumat almaq imkanına sahib olublar. Bankın nümayəndələri gənclərə işə qəbul prosesində uğur qazanmaları üçün məsləhətlər verib və onların suallarını cavablandırıblar.

Kapital Bank-ın Korporativ satışlar departamentinin Naxçıvan zonası üzrə meneceri Murad Sevdimalıyev sərgidə bankın iştirakının əhəmiyyətini vurğulayıb. "Biz Kapital Bank olaraq, hər zaman gənclərin karyera inkişafına dəstək olmağa hazırıq. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirilən bu karyera sərgisi gənclərin iş dünyası ilə tanış olması və peşəkar həyatlarına uğurlu başlanğıc etməsi üçün böyük bir fürsətdir”. 

Kapital Bank bu tip əhəmiyyətli sərgilərdə iştirak etməklə regionun iqtisadi inkişafına və gənclərin peşəkar həyatlarına töhfə verməyə davam edəcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol