• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır
26.09.2024 15:33
EY Azərbaycan şirkəti ABB-nin maliyyə dəstəyi ilə ölkəmizdə 6-cı dəfə "EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər.
 
"EY İlin İş Adamı” müsabiqəsi 40 ilə yaxındır ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 31 dekabr 2024-cü ilədək təqdim edə bilərlər.
 
Milli müsabiqənin qalibi 2025-ci ilin əvvəlində seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar. Qalib, gələn ilin iyununda Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq.
 
 "EY İlin İş adamı” müsabiqəsi Azərbaycanda artıq 6-cı ildir ki, keçirilir və ABB 6-cı ildir ki, bu müsabiqəyə dəstək verir. Sahibkarlığın təşviqi, azərbaycanlı iş adamlarının nailiyyətlərinin tanınması məqsədi daşıyan proqramın iştirakçılarının sayı ildən-ilə artır. Son 5 il ərzində müsabiqədə iştirak etmiş 60 sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı əldə edib.
Müsabiqəyə buradan müraciət etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol