• $
  • €
  • ₽
  • ₺
  • £

ABB daşınmaz əmlak bazarı ilə bağlı daha bir araşdırma yaydı!

ABB daşınmaz əmlak bazarı ilə bağlı daha bir araşdırma yaydı!
18.10.2024 21:46
ABB "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı yeni-araşdırma hesabatını təqdim edib. Araşdırmaya əsasən, son dövrlər paytaxtın daşınmaz əmlak bazarında əhəmiyyətli dəyişikliklər baş verir. Müxtəlif amillərin təsiri ilə mənzil qiymətlərində davamlı artım müşahidə edilməkdədir. İlkin və təkrar mənzil bazarlarının ənənəvi artım dinamikasında da müəyyən dəyişikliklər var.
 
Mənzil qiymətlərinin bahalaşması yaşayış sahələrinin ölçülərinə tələbi dəyişir. Son dövrlər bazarda müşahidə edilən müəyyən durğunluq bəzi ərazilərdə torpaq sahələrinin qiymətini azaldıb. İcarə bazarında isə yaşayış sahələrinin qiymətləri davamlı artmaqdadır. ABB-nin yaydığı araşdırmada başqa mühüm meylləri də izləmək mümkündür.
 
Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Belə ki, Bank bu il "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili”, "Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr”, "Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi”, "Avtomobil bazarına baxış: qlobal trendlər və Azərbaycan” adlı hesabatlarını bölüşüb.

Hesabatlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol