• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank növbəti yaşıl maliyyələşməni həyata keçirir

Unibank növbəti yaşıl maliyyələşməni həyata keçirir
07.11.2024 16:03
Unibank Azərbaycanda aparıcı taksi sifarişi xidmətlərindən biri olan "Yango Azerbaijan”la strateji tərəfdaşlığa başlayıb. Məqsəd Bakının taksi parkında ekoloji cəhətdən daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyi göstərməkdir. Bu əməkdaşlıq çərçivəsində "Yango Azerbaijan” şirkətinin Bakıdakı dörd partnyor taksi parkına 500 yeni hibrid avtomobil gətiriləcək. Sürücülər artıq ilin sonunadək bu avtomobillərlə taksi sifarişlərinə başlaya biləcəklər.

Taksi şirkətləri bu avtomobilləri "Unibank”dan çox sərfəli, güzəştli şərtləri olan kreditlə almaq imkanı qazanacaq. Prosesə dəstək məqsədilə "Yango Azerbaijan” zamin kimi bu təşəbbüsə sərmayə qoyub. "Yango”nun tərəfdaşlarının BYD Qin Plus modelinin yeni avtomobillərini alması planlaşdırılır.
"Unibank KB” ASC İH-nin sədri Fərid Abuşov yaşıl maliyyələşmə layihəsi ilə bağlı fikirlərini açıqlayıb: "Məmnuniyyət hissi ilə bildirmək istərdim ki, Bankımız tərəfindən iqlim dəyişmələrinin mitiqasiyası istiqamətində növbəti yaşıl layihə maliyyələşdirilməsi aparılır. Kreditləşmə yaşıl layihə təsnifatına uyğun olan hibrid avtomobillərin alışı üzrə həyata keçirilir. Qeyd etmək istərdim ki, "yaşıl nəqliyyat” beynəlxalq standartlar rəhbər tutulmaqla, Bankımız tərəfindən hazırlanmış dayanıqlı maliyyə yanaşmamıza əsasən yaşıl iqtisadi sektor hesab olunur. Həmçinin hibrid avtomobillərin maliyyəşləşdirilməsi, ölkəmizin Milli Töhfələr Planına əsasən atmosferə atılan istixana qazlarının azaldılmasını hədəfləyən tədbirlər üzrə ekoloji təmiz nəqliyyat növlərinə keçidi dəstəkləyir. Bankımız tərəfindən həyata keçirilən "yaşıl kreditləşmə”nin ölkəmizdə dayanıqlı maliyyə axınlarının formalaşmasına da müsbət təsirini göstərəcəyinə inanırıq. Bu təşəbbüs fəaliyyətimizdə və bankçılıq xidmətlərimizdə dayanıqlı maliyyə və ESG prinsiplərinin inteqrasiyasının daha bir nümunəsidir ”.

 
"Yango Azerbaijan” şirkətinin baş direktoru Müşviq Həsənov da hesab edir ki, Yango və Unibank arasında əməkdaşlığın əsas məqsədi Bakıda taksi səfərlərini daha təhlükəsiz, daha rahat və hibrid avtomobillərin sayının artması sayəsində ekoloji cəhətdən təmiz etməkdir: " Bu təşəbbüs, Bakıdakı tərəfdaşlarımızın  taksi parkının yenilənməsi üzrə uzunmüddətli proqramımızın bir hissəsidir. Əvvəllər biz onlara 1000-dən çox yeni avtomobil almağa kömək etmişik ki, bu da şəhərdə taksi xidmətlərinin səviyyəsini xeyli yüksəldir. Növbəti məqsədimiz tərəfdaşlarımıza bu və gələn il ərzində 4000-dən çox yeni avtomobil almağa kömək etməkdir”.

Unibank- Sənin Bankın!


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol