• $
  • €
  • ₽
  • ₺
  • £

BANM və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə bazarları mövzusunda təqdimat keçirilib

BANM və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə bazarları mövzusunda təqdimat keçirilib
01.03.2025 14:51

28 fevral 2025-ci il tarixində Bakı Ali Neft Məktəbi (BANM) və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə kapital bazarları və qlobal maliyyə trendləri mövzusunda maarifləndirici təqdimat keçirilib. Tədbirin əsas qonağı SOCAR Capital-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu olub.

Təqdimat “2025 və ondan sonrakı illərdə beynəlxalq maliyyə bazarlarında bizi nə gözləyir” mövzusuna həsr edilib. Tədbirdə BANM-in müəllim və tələbə heyəti, maliyyə və biznes sahəsinin nümayəndələri, iqtisadçılar və media mənsubları iştirak ediblər.

Ali Ağaoğlu çıxışı zamanı beynəlxalq maliyyə bazarlarında gözlənilən tendensiyalar, qlobal iqtisadiyyatın əsas çağırışları, inflyasiya və faiz siyasətləri, eləcə də yeni investisiya imkanları barədə geniş məlumat verib. O, həmçinin, SOCAR-ın həyata keçirdiyi mühüm layihələr və təşəbbüslər, xüsusilə bərpa olunan enerji sektorunun maliyyələşdirilməsi və “yaşıl” istiqrazların əhəmiyyəti barədə danışıb.

Ali Ağaoğlu vurğulayıb ki, SOCAR-ın “yaşıl” istiqraz layihəsi Azərbaycanın enerji sektorunun davamlı inkişafı və ekoloji dayanıqlılığa töhfə vermək məqsədi daşıyır. O, bu istiqrazların maliyyə bazarında yaratdığı imkanlar, investorlar üçün verdiyi üstünlüklər və qlobal ekoloji trendlərlə uyğunluğu barədə geniş məlumat verib.

Təqdimatdan sonra Ali Ağaoğlu auditoriyanın suallarını cavablandırıb. Xüsusilə, tələbələrin kapital bazarları, investisiya strategiyaları, enerji sahəsində “yaşıl” maliyyə mexanizmləri və SOCAR-ın ekoloji dayanıqlılıq təşəbbüsləri ilə bağlı sualları müzakirə edilib.

Tədbir BANM və SOCAR Capital-ın maliyyə sahəsində gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlığını dərinləşdirmək məqsədilə təşkil olunub. Şirkət kapital bazarları və investisiya sahəsində biliklərin artırılması üçün bu cür görüşləri mütəmadi olaraq keçirməyi planlaşdırır.

Bu cür tədbirlərin keçirilməsi tələbələrin qlobal maliyyə bazarlarının işləmə prinsiplərini daha yaxından öyrənməsinə, həmçinin SOCAR-ın həyata keçirdiyi mühüm layihələr və ekoloji dayanıqlı investisiya təşəbbüsləri ilə tanış olmasına şərait yaradır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol