• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya neftinin Aİ ölkələrinə tədarükünün ümumi həcmi kəskin azalıb

Rusiya neftinin Aİ ölkələrinə tədarükünün ümumi həcmi kəskin azalıb
23.03.2025 19:00

2025-ci ilin yanvar ayının nəticələrinə görə, Rusiya neftinin Avropa İttifaqı ölkələrinə tədarükünün ümumi həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə azalaraq 505,4 milyon avroya enib.

Bu barədə Avropa Statistika Xidməti – “Eurostat” məlumat yayıb.

Məlumata görə, bu, 2024-cü ilin avqustundan bəri qeydə alınan ən aşağı göstəricidir. Beləliklə, Rusiya Avropa İttifaqına neft ixrac edən ölkələr arasında 13-cü yerdə qərarlaşıb. Siyahıda ilk üç yeri Norveç (3,5 milyard avro), ABŞ (3,3 milyard) və Qazaxıstan (2,6 milyard) tutub.

Macarıstan Avropa regionunda Rusiya neftinin əsas alıcısıdır. 2025-ci ilin əvvəlində Budapeşt Rusiyadan ümumilikdə 212,8 milyon avro dəyərində xam neft alıb. Bu göstəriciyə görə sonrakı yerlərdə Slovakiya (170,4 milyon avro) və Çexiya (122,2 milyon avro) qərarlaşıb.

Qeyd edək ki, Moskvaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqindən sonra Rusiyadan Avropa İttifaqı ölkələrinə xammalın tədarükü durmadan azalır. 2022-ci ilin dekabrında Brüssel Rusiya neftinin dəniz yolu ilə idxalına embarqo qoyub və bir barel xam neft üçün qiymət tavanını 60 dollar müəyyən edib.

Buna baxmayaraq Avropa İttifaqının bir neçə ölkəsi, əsasən də Macarıstan, Slovakiya və Çexiyaya boru kəməri vasitəsilə Rusiyadan neft tədarükünü davam etdirib. Lakin Rusiyanın Energetika və Maliyyə İnstitutunun analitikləri belə ixracın 2025-ci ildə əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırmışdılar. Onların proqnozuna görə, “Drujba” kəməri ilə Rusiyadan xammalın tədarükü dekabrın sonunadək təxminən 2 milyon ton azalaraq 11 milyon tona düşəcək. Ekspertlər, həmçinin 2025-ci ilin iyulunda Çexiyanın Rusiya xammalından imtina etməsi fonunda ixracatın daha kəskin – 10 milyonadək azalacağını düşünürlər

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol