• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb

Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb
23.03.2025 17:07

Ötən il Azərbaycandan Rusiya Federasiyasına fiziki şəxslərin pul köçürmələrinin həcmi 57,988 milyon ABŞ dolları təşkil edib.

Anews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. 

Qeyd edilib ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,196 milyon ABŞ dolları və ya 21,8% azalıb. Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Rusiyanın payı 11% təşkil edib.

Həmçinin ötən il Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 496,753 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 550,770 milyon ABŞ dolları və ya 52,6% azalma deməkdir.

2023-cü ildə Azərbaycandan Rusiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 74,184 milyon ABŞ dolları, əks istiqamətdə isə 1,047 milyard ABŞ dolları təşkil etmişdi.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,367 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,942 milyon ABŞ dolları və ya 34,6% azdır

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol