• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan ən çox bu ölkələrə pul köçürülüb

Azərbaycandan ən çox bu ölkələrə pul köçürülüb
24.03.2025 17:45

2024-cü ildə fiziki şəxslər tərəfindən Azərbaycandan xaricə toplamda 526 milyon 759 min dollar köçürülüb.

 

Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

 

Məlumata əsasən, sözügedən dövrdə fiziki şəxslər tərəfindən ən çox pul köçürülən ölkə Türkiyə olub. Bir il ərzində Türkiyəyə 151 milyon 837 min dollar köçürülüb.

 

İlk üçlüyü isə Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası tamamlayıb. Belə ki, Birləşmiş Ştatlara yanvar-dekabr aralığında fiziki şəxslər 60 milyon 425 min dollar, Rusiyaya isə 57 milyon 988 min dollar vəsait köçürüb.

 

2023-cü illə müqayisədə fiziki şəxslər tərəfindən Rusiyaya köçürülən pul vəsaitlərində azalma qeydə alınsa da Türkiyə və ABŞ-yə göndərilən məbləğdə artım müşahidə olunub. Sözügedən dövrdə Rusiyaya 74 milyon 184 min dollar, Türkiyə və ABŞ-yə isə müvafiq olaraq 146 milyon 140 min dollar və 54 milyon 801 min dollar köçürülüb.

 

Toplamda isə 2023-cü ildə 550 milyon 126 min dollar pul köçürülüb. Bu isə 2024-cü illə müqayisədə 4.44 % daha çoxdur

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol