• $
  • €
  • ₽
  • ₺
  • £

“Harward Business Review” nəşri “Onlayn Azərbaycan” layihəsinə həsr edilmiş məqalə dərc edib

“Harward Business Review” nəşri “Onlayn Azərbaycan” layihəsinə həsr edilmiş məqalə dərc edib
01.04.2025 10:55

 

“Harvard Business Review Türkiye” nəşrinin son sayında Azərbaycanın rəqəmsal transformasiyasına dair geniş məqalə dərc olunub. Məqalədə “Aztelekom” MMC-nin icraçı direktoru Həsən Ömərov və 2023-cü ildə layihənin icrasının həyata keçirilməsinə məsul keçmiş baş icraçı direktor Tural Pirverdiyevin “Onlayn Azərbaycan” təşəbbüsünün nailiyyətləri, məqsədləri və ölkənin rəqəmsal inkişafına verdiyi töhfələr haqqında fikirlərinə xüsusi yer verilib.

Məqalədə qeyd olunur ki, Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə mühüm investisiyalar həyata keçirərək 5G infrastrukturu, süni intellekt əsaslı həllər, “bulud” xidmətləri və e-hökumət platformalarının inkişafına xüsusi diqqət yetirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə icra edilən “Onlayn Azərbaycan” layihəsi genişzolaqlı internetin əhatə dairəsini qısa müddətdə 9%-dən 99,7%-ə yüksəltməklə milyonlarla ev və iş yerini sürətli internetlə təmin edib. Bu transformasiya, eyni zamanda Azərbaycanın BMT-nin E-Hökumət İnkişaf İndeksində əhəmiyyətli irəliləyiş əldə etməsinə də töhfə verib.

Nəşrdə “Aztelekom”un və sektorun digər aparıcı oyunçularının əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihənin ölkənin rəqəmsal infrastrukturunu gücləndirmək və internetə çıxışı genişləndirmək məqsədini daşıdığı qeyd olunur. Məqalədə layihə çərçivəsində aparılan təhlillərin, texniki-iqtisadi əsaslandırmaların və infrastruktur planlamalarının effektivliyi, təchizat zəncirinin effektiv idarə olunması və logistika proseslərinin yüksək dəqiqliklə icra edilməsinə xüsusi diqqət ayrılıb.

“Harvard Business Review Türkiye”nin baş redaktoru Serdar Turanın suallarını cavablandıran Tural Pirverdiyev bu təşəbbüsün rəqəmsal savadlılıq və istifadəçi adaptasiyasına da xüsusi diqqət yetirərək ölkənin uzunmüddətli rəqəmsal transformasiya hədəflərinə xidmət etdiyini qeyd edir: “Rəqəmsal xidmətlərin geniş tətbiqi cəmiyyətin və biznes mühitinin modernləşməsinə töhfə verərək Azərbaycanın qlobal rəqəmsal indekslərində daha yüksək mövqelərə yüksəlməsinə imkan yaradıb”. 

Həsən Ömərov “Onlayn Azərbaycan” layihəsinin ölkənin iqtisadi şaxələndirilməsini təşviq edərək rəqəmsal iqtisadiyyata keçidini sürətləndirməsini və Azərbaycanın qlobal ticarət dəhlizlərindəki mövqeyini gücləndirməsini xüsusilə vurğulayıb. Onun qeyd etdiyinə görə, bu cür genişmiqyaslı infrastruktur yatırımları sayəsində internet sürətində əhəmiyyətli irəliləyişlər əldə olunub, e-hökumət xidmətləri genişləndirilib və iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verilib.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol