• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədə kredit kartları ilə aparılan əməliyyatların həcmi artıb

Ölkədə kredit kartları ilə aparılan əməliyyatların həcmi artıb
07.04.2025 16:26

2025-ci ilin iki ayında ölkədə kredit kartları ilə aparılan əməliyyatların həcmi 1 milyard 635 milyon manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31.3% çoxdur.

Hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 1 milyard manatı elektron ticarət vasitəsi ilə, 350 milyon manatı POS-terminallar vasitəsi ilə, 236 milyon manatı bankomatlar vasitəsi ilə, 49 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankı 2027-ci ilə qədər kart əməliyyatlarında nağdsız ödənişlərin payının 70%-i ötəcəyini gözləyir. Bu barədə Mərkəzi Bank  tərəfindən təsdiq edilmiş və tənzimləyici orqanın saytında dərc edilən 2024-2026-cı illərdə Azərbaycanın maliyyə sektorunun inkişafı üzrə Strategiyada bildirilib. 

Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin sonuna kart əməliyyatları üzrə nağdsız ödənişlərin payı 55% təşkil edir.

Bundan əlavə, Mərkəzi Bank 2024-2026-cı illərdə milli ödəniş sistemində ani ödənişlərin payını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Hazırda bu, cəmi 0,39% təşkil edir.
 
Mərkəzi Bank hesab edir ki, 2027-ci ilə qədər bu rəqəm 25%-dən çox ola bilər.

Digər məqsəd pərakəndə ticarət şəbəkəsində nağdsız ödənişlərin payının ən azı 40%-ə (hazırda 21,1%) çatdırılmasıdır.

Mərkəzi Bank həmçinin 2027-ci ilə qədər cari hesablardan müştəri köçürmələrində rəqəmsal bankçılığın payının 90%-i (hazırda 80%) keçəcəyini gözləyir.

Aytac

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol