• $
  • €
  • ₽
  • ₺
  • £

2024-cü ildə illik inflyasiya 4,9% olub

2024-cü ildə illik inflyasiya 4,9% olub
15.04.2025 11:23

Qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin artdığı bir şəraitdə Azərbaycan iqtisadiyyatı və maliyyə sistemi sabitliyini qorumağa davam edib. Bu barədə Mərkəzi Bankın baş direktoru  Şahin Mahmudzadə illik maliyyə sabitliyi hesabatının təqdimatında bildirib.

Onun sözlərinə görə, dünya üzrə baş verən siyasi gərginliklər, ticarət siyasətlərində dəyişikliklər və enerji qiymətlərinin azalması fonunda maliyyə axınlarında durğunluq müşahidə olunur. 

“Bir çox ölkələrdə fiskal ehtiyatlar kifayət qədər deyil və bu, makroiqtisadi sabitlik üçün risk yaradır,” — o vurğulayıb.

Bununla belə, yerli iqtisadiyyatda artım müşahidə olunub və illik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda – 4,9% səviyyəsində formalaşıb. 

Əhalinin məşğulluğunda və gəlirlərində artım maliyyə sabitliyini dəstəkləyən amillərdən biri olub.

2024-cü ildə maliyyə sektorunun ümumi həcmi 7,9% artaraq 56,2 milyard manata çatıb. Bu artımın 3,58 milyard manatı bank sektorunun, 220 milyon manatı sığorta sektorunun, 330 milyon manatı isə bank olmayan kredit təşkilatlarının hesabına baş verib.

Bank sektoru ümumi maliyyə sektorunun 94,1%-ni təşkil edərək aparıcı rolunu saxlayıb. 

Xarici aktivlər üzrə də artım qeydə alınıb — 2023-cü ildə 21,8 milyard manat olan göstərici 2024-cü ildə 25,9 milyard manata çatıb. Bu artımın əsas hissəsi müddətli depozitlərdəki yüksəlişlə əlaqələndirilir.

“Əhalinin depozit davranışında müsbət dinamika müşahidə olunub. Xüsusilə 150–500 min manat aralığında olan fiziki şəxslərin depozitləri üzrə artım sektora olan etimadın göstəricisidir,” —  Mahmudzadə qeyd edib.

N. Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol