• $
  • €
  • ₽
  • ₺
  • £

Dənizlə daşınan yükdaşımalar artıb

Dənizlə daşınan yükdaşımalar artıb
15.04.2025 12:26

2025-ci ilin birinci rübündə Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 2 210 min ton təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2% artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə daşınan yüklərin 46,8%-ni neft yükləri təşkil edib.

Cari ilin yanvar-martındaa dəniz limanları tərəfindən 3482,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 2 880,9 min tonunu və ya 82,7%-ni tranzit yüklər təşkil etib.

Bildirilir ki, hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınana sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 4,8% azalaraq 5,9 min nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il mayın 1-nə limanlarda 228 min 100 ton yük qalıb. 

2022-ci ildə Azərbaycanın dəniz limanları ilə yüklərin daşınması 11 milyon 750,6 min ton (artım 32,4%) təşkil edib.

Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının Dübəndi və Səngəçalda böyük neft terminalları var. Bundan əlavə, Ələt kəndində yeni Bakı Beynəlxalq Dəniz Limanının ərazisində 2014-cü ildə bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.

Aytac

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol