• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft Fondundan transferlərin şəffaflığı artırılır

Dövlət Neft Fondundan transferlərin şəffaflığı artırılır
23.04.2025 11:31

Azərbaycan Respublikasının Mərkəzi Bankı Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə həyata keçirdiyi transferlər və bu prosesin şəffaf idarə olunması ilə bağlı yeni yanaşmaları açıqlayıb.

“Hər il dövlət büdcəsinə ediləcək transfer məbləği əvvəlcədən müəyyən edilir. Bu vəsaitin manatla ödənilməsi üçün Neft Fondu öz valyuta ehtiyatlarından istifadə edərək, müvafiq məbləğdə xarici valyutanı satır və əldə olunan manat vəsaiti büdcəyə yönləndirir”, - Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, bu prosesin şəffaf və bazar prinsiplərinə uyğun həyata keçirilməsi məqsədilə Neft Fondu birbaşa bazara çıxmır. 

Mərkəzi Bank tərəfindən agent funksiyası əsasında təşkil olunan valyuta hərracları vasitəsilə həyata keçirilir. Hərraclarda iştirak edən banklar bazar şərtlərinə uyğun olaraq valyuta alır və satır.

“Həftə ərzində keçirilən iki valyuta hərracının nəticələri bir-birindən fərqlənə bilər. Bu isə bazar tələbi və təklifinin dinamikasına uyğun olaraq formalaşır. Biz bu nəticələr əsasında hansısa manipulyasiya və ya yönləndirmə aparmırıq,” – sədr vurğulayıb.

Kazımovun sözlərinə görə, bəzi ekspertlərin və media nümayəndələrinin valyuta hərraclarının Mərkəzi Bank tərəfindən tələbi yönləndirmək üçün istifadə edilməsi ilə bağlı iddiaları əsassızdır.

“ARDNF-nin satdığı valyuta ümumi bazar tələbinin cəmi 30-35 faizini təşkil edir. Bu, ümumi tendensiyaları dəyişdirmək gücündə deyil,” – o qeyd edib.

Bank rəsmisi əlavə edib ki, bundan sonra hər ayın sonunda Mərkəzi Bank öz valyuta ehtiyatlarını, Dövlət Neft Fondu isə hər rüb valyuta satışları və transferləri ilə bağlı ətraflı məlumatı ictimaiyyətə təqdim edəcək. 

“Bu addım şəffaflığın daha da artırılması və bazar iştirakçılarının məlumatlı qərar verməsi üçün nəzərdə tutulub.

“Məzənnə sabit qalırsa və valyuta ehtiyatları dəyişirsə, bu artıq tələb-təklif balansındakı dəyişikliklərə işarədir. İqtisadi təhlil üçün bu, kifayət qədər açıq göstəricidir,” – Kazımov əlavə edib.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol