• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın qaz ixracı 12 ölkəyə çatıb, yaşıl enerji layihələri genişlənir

Azərbaycanın qaz ixracı 12 ölkəyə çatıb, yaşıl enerji layihələri genişlənir
25.04.2025 13:38

Azərbaycan Avropa İttifaqı ölkələrindən daxil olan müraciətlər əsasında Avropa bazarına təbii qaz ixracını əhəmiyyətli şəkildə artırıb. Hazırda Azərbaycanın qaz ixracı coğrafiyası 12 ölkəni əhatə edir ki, onların 10-dan 8-i Avropa İttifaqının üzvüdür.Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı rəsmiləri ilə Bakıda keçirilən görüşdən sonra bildirib. 

O, hazırkı enerji əməkdaşlığının davamı olaraq müzakirələrin aparıldığını, həmçinin yeni layihələrin perspektivlərinin nəzərdən keçirildiyini vurğulayıb.

Nazir qeyd edib ki, 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan dördtərəfli saziş əsasında yaşıl enerjinin istehsalı və Avropa bazarına ötürülməsi layihəsi üzərində işlər davam etdirilir. Layihəyə artıq Avropa İttifaqının üzvü olan Bolqarıstan da qoşulub, digər ölkələrin də maraq göstərdiyi bildirilib.

Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış üçtərəfli sənəd çərçivəsində Mərkəzi Asiyada istehsal edilən yaşıl enerjinin Xəzər dənizinin dibi ilə Azərbaycana ötürülməsi və həmin böyük layihənin tərkib hissəsi kimi Avropaya çatdırılması razılaşdırılıb.

Nazir bildirib ki, bu layihələrin həyata keçirilməsi 21-ci əsrin yeni alternativ enerji dəhlizinin – Avropa, Cənubi Qafqaz, Xəzər və Mərkəzi Asiyanı birləşdirən enerji xəritəsinin formalaşması üçün real imkan yaradır.

Görüşdə, həmçinin nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Azərbaycanın uzun illər ərzində bu sahədə mühüm infrastruktur layihələrini reallaşdırdığı, təkcə ölkə daxilində deyil, qonşu dövlətlərdə də sərmayələrin yatırıldığı bildirilib.

Tərəflər Transxəzər nəqliyyat dəhlizi üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin iştirakı ilə birgə layihələr və regional inteqrasiya məsələləri üzrə fikir mübadiləsi aparıblar.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol