• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı yekunlaşdı

Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün “Nə? Harada? Nə zaman?”
oyunu üzrə respublika çempionatı yekunlaşdı
29.04.2025 17:30

Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət
komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika
çempionatı keçirilib. 2020ci ildən həyata keçirilən çempionat Kapital Bank-ın dəstəyi,
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil Oyunları Platforması” layihəsi
çərçivəsində təşkil edilib.


İki mərhələdən ibarət olan çempionatın ilk seçim turu onlayn formatda baş tutub. Final
mərhələdə isə Bakı, Gəncə, Goranboy, Quba, Cəbrayıl, Samux, Şəmkir, Hacıqabul,
Zəngilan, Ağdam, Sumqayıt, Kəlbəcər, Gədəbəy, Xaçmaz, Biləsuvar, Saatlı, Xocavənd və
Zərdab müəllimləri və inzibati işçilərindən ibarət 32 komanda yarışıb.


4 turdan ibarət olan final mərhələsində iştirakçılara ümumilikdə 40 sual təqdim edilib. İlk
20 sualda topladıqları ballara əsasən komandalar böyük və kiçik olmaqla 2 kubok uğrunda
mübarizə aparıblar.


Kiçik kubok uğrunda mübarizədə paytaxtı təmsil edən “Sirius” komandası 3-cü, Şəmkir
rayonunun “Bayraktar” komandası 2-ci, Gəncə şəhərinin “Kayzen” komandası isə 1-ci
yerə layiq görülüb.


Böyük kubok oyununun nəticələrinə əsasən Hacıqabul rayonun təhsil işçilərindən ibarət
“Xudmani” komandası 3-cü yerdə qərarlaşıb. Beyləqan, Xocavənd, Füzuli rayonların
təmsil edən “Mil” komandası 2-ci yerə layiq görülüb. 1-ciliyi qazanan Goranboy
rayonunun “The Masters” komandası isə kubokun sahibi olub.


Qeyd edək ki, təhsilə dəstək Kapital Bank-ın korporativ sosial məsuliyyət startegiyasının
əsas istiqamətlərindən birini təşkil edir və hər il onlarla ölkə əhəmiyyətli layihə bankın
dəstəyi ilə həyata keçirilir.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın
məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial
şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol